Bu məqalə Bab Aziz filminin kinorejissoru Nacer Khemirlə gənc kinomatoqraf Jude Chebabla arasındakı dialoqdan götürülmüşdür. Məqalənin orijinal variantına sonda qeyd edilən jurnaldan baxa bilərsiniz.

Nacer Khemirlə İstanbulda bir kinostudiyanın qarşısındakı kafedə qarşılaşdım. Ruhsal, mənəvi bir kinematoqrafiyanın ola biləcəyini təsdiqləyən bu adamla nəhayət ki, verəcəyi master klass çərçivəsində, tanış olmaq ümüdi ilə Livandan İstanbula uçmuşdum. Master klassdan təxminən on dəqiqə öncə onunla görüşmə şansım oldu.

Bilirsiniz, bu bizim ilk görüşümüz deyildi, mən onunla illər əvvəl onun filmlərində, haqqında düşündüyüm onun filmləri vasitəsilə tanış olmuşdum. “Bab’ Aziz” filmini izlədiyim də (2005) mən gənc kinorejissor idim. Bütün həyatı boyu bu missiya ilə film çəkən, lakin çox az adam tərəfindən təqdir edilən bu insanın zərif İslam təsvirinə heyran idim.

Görüşümüzə qayıdaq. Səssizcə oturmuşdu, başını çətinliklə qaldırırdı və boş bir kağıza kiçik qaralamalar edirdi. Ünsiyyət qurmaq çətin idi, mənim Livan-Amerikan ləhcəm, onun Tunis-Fransız ləhcəsi ilə mübarizə aparırdı sanki. Amma ana fikirləri anlaya bildim. Bu sektorda mübarizə edirdim, ürəyimi və ruhumu qoyduğum, insanların izləməsi üçün “həssas İslam həsrətini” təsvir edən, ilk uzun metrajlı filmimi yeni bitirmişdim. Amma yenə də Avropanın və Amerikanın böyük film festivallarından rədd cavabı alırdım. “Günah onlarda deyil, səndədir” dedi. Onların təqdirini qazanmaq istəyim mənim səhvim idi. “Bizlər film sektorunun yetimləriyik. Avropa filmlərimi anlamır. Hər şeyin gerçəkçi olduğu bir dövrdə yaşayırıq və hələ də metafiziki işlər görmək üçün çalışırıq”.

O tunislilərin onun özünü qərbə satdığını və keçmişi üçün ağladığı haqqında olan sözlərini dedi, “onlara deyirəm, mən sizin keçmişiniz üçün ağlamıram, gələcəyiniz üçün ağlayıram”.

O film sektorundan heç vaxt pul qazana bilmədi, tam əksinə qazandığından çox itirdi, “gerçəkdə, film mənə heç bir şey gətirmədi. Amma bu yol mənə “mədəniyyət diktatorluğuna” və zorbalığa boyun əyməməyi öyrətdi. Hər zaman nə düşündüyümü təsvir etməyə çalışıram, bu qəbul edilməklə əlaqəli deyil, bu vicdan məsələsidir. Nəticədə, sizin dininiz sizə, mənim dinim isə mənə”..

109:6

لَكُمْ د۪ينُكُمْ وَلِيَ د۪ينِ

“Sizin dininiz sizə, mənim dinim mənə”

“İstədiyini et, amma pula, gücə, zorbalığa heç vaxt boyun əymə”. Zaman-zaman ümidsizlik hiss etdirsə də, mən o zaman bu sektordakı yerimi anladım. Bəlkə çox az bir qisim insan bizim filmləri anlayacaq, bəlkə yalnız Allah. Bəlkə də sondakı məqsəd budur, anlatmaq, bütün bu təsvirlərlə ən doğrunu Bilənə və yalnızca Ona anlatmaq.

“Originally written for Kahf Magazine in English”.